23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının həmsədri dəyişdi

Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının həmsədri dəyişdi

“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişiklik edilib.

GununNebzi.az
xəbər verir ki, Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamının 1-ci hissəsində “Azərbaycan Respublikasının İqtisadiyyat naziri” sözləri “Azərbaycan Respublikasının xarici işlər naziri” sözləri ilə əvəz edilsin və həmin hissədən “Komissiya həmsədrinin müavini” və “Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini” sözləri çıxarılır.

Xarici İşlər Nazirliyi Azərbaycan Hökuməti və Litva Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Litva tərəfinə müvafiq bildiriş göndərəcək.

Tarix: 7-07-2022, 20:45 Oxunub: 45


Bölməyə aid digər xəbərlər