16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
İcra başçısının müavininin döydüyü deyilən məktəbli xəstəxanaya YERLƏŞDİRİLDİ – Vəziyyəti ağırdır

İcra başçısının müavininin döydüyü deyilən məktəbli xəstəxanaya YERLƏŞDİRİLDİ – Vəziyyəti ağırdır

Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın döydüyü iddia edilən 9-cu sinif şagirdi Aliyə Camalova rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Bizim.Media-ya məktəblinin anası Ləman Camalova məlumat verib.

Onun sözlərinə görə qızın vəziyyəti bu gün səhər saatlarından etibarən ağırlaşıb:

“Başında kəskin ağrıları var, durmadan qaytarır. Xəstəxanaya gətirdik. Kompüter tomoqrafiyasına (KT) salınacaq. Qızımın döyülmə faktını təsdiq edən ekspertiza rəyi isə gizlədilir və bizə verilmir. Qızın vəziyyəti çox ağırdır”, - deyə ana əlavə edib.

Tarix: 16-07-2022, 07:55 Oxunub: 38


Bölməyə aid digər xəbərlər