23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Səfər Mehdiyevin qaynı HƏBS OLUNDU

Səfər Mehdiyevin qaynı HƏBS OLUNDU

İyulun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad olunan Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyev dünən saxlanılıb.

GununNebzi.az
xəbər verir ki, bu haqda məlumatı Hurriyyet.az yayıb. Sayt mötəbər mənbələrə istinadən bildirib ki, DGK-nın nəzdindəki "Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavini olan Zeynal Tarquliyev yeznəsi Səfər Mehdiyevin "qara kassası” hesab olunurdu.

Bəzi mənbələr iddia edir ki, Zeynal Tarquluyev əlində olan rəsmi və qeyri-rəsmi səlahiyyətlərdən istifadə edərək iş adamlarından qanunsuz olaraq 100 milyonlarla manat toplayıb. İstisna olunmur ki, onun həbsi də məhz bununla bağlıdır.

Mənbənin sözlərinə görə, hazırda DGK-da keçmiş sədr Səfər Mehdiyevin onlarla yaxın qohumu çalışır ki, onların hər birinin qanunsuz fəaliyyəti ilə bağlı ciddi araşdırma aparılır və yaxın günlərdə yeni həbslər dalğasının olacağı istisna olunmur.

Tarix: 19-07-2022, 17:25 Oxunub: 37


Bölməyə aid digər xəbərlər