“Norm” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb

“Norm” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb

“Norm ASC” 2021-ci il üzrə audit olunmuş maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən 2021-ci ildə Cəmiyyətin cəmi gəlirləri əvvəlki ilə nisbətən 9.3% artaraq 170.86 milyon manata yüksəlib. Eyni zamanda şirkətin əməliyyat mənfəəti əvvəlki ilə nəzərən 11.3% artaraq 41.2 milyon manat olub.

GununNebzi.az
xəbər verir ki, 2021-ci ildə “Norm” ASC xalis mənfəətini də artırmağa nail olub. Belə ki, Cəmiyyətin xalis mənfəəti artaraq 28.4 milyon manata çatıb.

İstehsal gücü gündə 5,300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.

Tarix: 26-07-2022, 13:20 Oxunub: 29


Bölməyə aid digər xəbərlər
16-05-2021, 09:48 AzTV zərərlə işləyirmiş