23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Toylara nə vaxt icazə veriləcək? - TƏBİB-dən AÇIQLAMA

Toylara nə vaxt icazə veriləcək? - TƏBİB-dən AÇIQLAMATƏBİB-in şöbə müdiri Yaqut Qarayeva xarici təcrübədə olan müəyyən qaydalar əsasında toyların bərpası və bölgələrə gediş-gəliş məsələsinə münasibət bildirib.

GununNebzi.az xəbər verir ki, bu barədə açıqlama verən TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, hər bir qaydaya riayət etmək vətəndaşdan asılıdır:
"Qaydalar sərtləşdikcə psixoloji gərginlik olur, vətəndaş həm SMS-lə bayıra çıxsın, həm marketdə onu kimsə izləsin, bu, mümkün deyil. Cəmiyyət bir-birinə təzyiq göstərməlidir, hər nəzarəti dövlət qurumundan gözləmək olmaz.

Digər ölkələrdə toy və bölgələrə gediş-gəlişlə bağlı məsələyə gəldikdə isə, biz bütün ölkələrlə daima əlaqədəyik. Amma bunun üçün statistikanın normal bir səviyyəyə düşməsi lazımdır, yəni virus nəzarətdə saxlanacağı vəziyyətə düşəndə bunlar mümkündür".

(Metbuat.az)


Tarix: 26-06-2020, 15:55 Oxunub: 151


Bölməyə aid digər xəbərlər