13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
11:32 / 20-11-2024
Vətən müharibəsi iştirakçısı hakim oldu
08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
19:26 / 19-11-2024
Prezident onları hakim təyin etdi - Sərəncam
19:23 / 19-11-2024
“Rusiyaya zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”
15:21 / 19-11-2024
“Veteranların müavinəti heç olmasa, 20-30 manat artırılsın”
15:19 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
15:17 / 19-11-2024
“Veteran təqaüdlərinin məbləği artırılmalıdır”
14:22 / 19-11-2024
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
14:20 / 19-11-2024
Sürücü dənizə düşdü, öldü
14:19 / 19-11-2024
“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”
11:12 / 19-11-2024
Sosial yardım nə qədər artırılacaq? - Rəqəmlər
11:07 / 19-11-2024
“Bu məlumatlara inanmayın!” - AMB-dən müraciət
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
07:58 / 19-11-2024
Abxaziya “prezident”i istefa verdi - Foto
00:40 / 19-11-2024
Netanyahu İrana hücumun təfərrüatlarını açıqlayıb
21:59 / 18-11-2024
Biləsuvarda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
21:44 / 18-11-2024
Maşını qaçırıb Bakı Olimpiya Stadionuna daxil olmaq istədi, həbs olundu
20:01 / 18-11-2024
“Dayanıqlı gələcək üçün irsin inkişafı” mövzusunda panel müzakirə keçirilib
19:57 / 18-11-2024
Balıq tutmağa getmişdi, çaydan meyiti tapıldı
19:56 / 18-11-2024
Conson Ukrayna ilə bağlı çağırış etdi
16:43 / 18-11-2024
Kremldən Rusiyaya raket zərbələri endirilməsi icazəsi ilə bağlı - Açıqlama
16:40 / 18-11-2024
Cinayət Məcəlləsində yeni maddə - 15 ilə kimi həbs!
13:30 / 18-11-2024
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi
13:28 / 18-11-2024
“Mərkəzi Bank pul siyasətini yumşaldıb”
Dini ibadət yerlərinə təyin edilmiş şəxslərin adları açıqlandı - SİYAHI
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq, 39 vakant vəzifənin tutulması üçün elan edilən müsahibədə 251 nəfər namizəd arasında müvəffəqiyyət qazanan 118 nəfərdən ən yüksək bal toplayaraq təyinat alan din xadimləri ilə görüş keçirilib.
Komitədən verilən məlumata görə, bu gün baş tutan görüşdə çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durumdan, dövlət-din münasibətlərinin yüksək səviyyəsindən, dini dəyərlərə və din xadimlərinə qayğıdan bəhs edib.
Dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyi və buna qarşı mübarizədə birliyin vacibliyi barədə də danışan Dövlət Komitəsinin sədri qeyd edib ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək üçün güclü vasitədir. Onun cəmiyyət, ümumilikdə bəşəriyyət üçün əhəmiyyətini məkrli qüvvələr də yaxşı başa düşür və bəzən bundan çirkin əməlləri üçün istifadə edirlər. Nəticədə insanları birliyə, vəhdətə çağıran dinlər mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, xurafat, antimilli formaya salınır. Bu baxımdan mənəvi dəyərlərimizin tərkib hissəsi olan dindən dövlətçiliyimizə qarşı istifadənin qarşısının alınmasında din xadimlərinin, dini icma sədrlərinin aktivliyi xüsusi önəm daşıyır, o cümlədən, dinlərarası dialoqun və əməkdaşlığın reallaşmasında, Vətənizimə bağlılıq hissinin gücləndirilməsində, milli-mənəvi, tolerant dəyərlərin təbliğində din xadimlərinin üzərinə daha böyük vəzifə və məsuliyyət düşür. Çünki din xadimləri təkcə özlərinin deyil, eyni zamanda, onların arxasınca gedən yüzlərlə, minlərlə möminin mövqeyinə, eləcə də dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar.
Din xadimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayan Komitə sədri aparılan bu işlərin Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə həyata keçirildiyini və İdarənin fətvalarının yerinə yetirilməsinin zəruriliyini onların diqqətinə çatdırıb.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Sahib Nağıyev və Gündüz İsmayılov din xadimlərinə tövsiyələrini verərək üzərlərinə düşən borcu layiqincə yerinə yetirməli olduqlarını qeyd edib, onlara həvalə edilən vəzifənin uğurla həyata keçirəcəklərinə ümidvar olduqlarını vurğulayıblar.
Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən diqqəti yüksək dəyərləndiriblər.
İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin edilməsi ilə bağlı müsahibədə uğur qazanaraq təyinat alan din xadimlərinin siyahısını təqdim edirik:
İslam dininə aid ibadət yerlərinə (məscidlər) təyin edilmiş şəxslərin siyahısı
Bölməyə aid digər xəbərlər

Tarix: 20-09-2022, 20:07 Oxunub: 109
Bölməyə aid digər xəbərlər
16-06-2021, 17:39
Dini ibadət, ayin və mərasimlərə dair tələblər müəyyənləşdi
27-07-2022, 19:15
Məscidlərdə vakant vəzifələr üzrə müsahibənin vaxtı və yeri bəlli oldu
29-07-2022, 15:46
Şeyx Məhərrəm ayı ilə bağlı iclas keçirdi - tapşırıqlar verdi
21-06-2021, 11:07
Dövlət Komitəsi məscidlərdə monitorinqlərə başladı
22-02-2021, 17:30
Azərbaycanda din xadimləri narkomaniyaya qarşı mübarizəyə cəlb olunacaq