21:01 / 10-01-2025
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi
20:58 / 10-01-2025
Son günlərdə həbs olunan tiktokerlərin - Siyahısı
20:57 / 10-01-2025
Bakıda quldurluqda şübhəli bilinənlər saxlanıldı
20:46 / 10-01-2025
36 yaşlı hakimin qəfil ölümünün təfərrüatı - Foto
20:44 / 10-01-2025
Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı - Rəsmi
16:24 / 10-01-2025
“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - Akif Əlizadə
16:14 / 10-01-2025
İki sahibkar axtarışa verildi - Milyonlar ölkəyə qaytarılmayıb
16:13 / 10-01-2025
Baş nazirin müavinlərinin sayı üç oldu
15:24 / 10-01-2025
Yeni informasiya sistemi yaradıldı - REİS
10:54 / 10-01-2025
Polisə tabe olmayan sürücü həbs edilib
10:50 / 10-01-2025
Yaponiya Rusiya banklarına və 51 şirkətə qarşı sanksiya tətbiq edib
10:41 / 10-01-2025
Metro ilə rekord sayda sərnişin daşınıb
10:39 / 10-01-2025
AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ - SENSASİYA!
10:36 / 10-01-2025
“Putin mənimlə görüşmək istəyir”
06:50 / 10-01-2025
Avropa Rusiya hava məkanından istifadə etməməyə çağırdı
06:49 / 10-01-2025
İcra başçısı sakinlərlə görüşdə belə isindi - Foto
00:41 / 10-01-2025
Müdafiə Nazirliyi məlumat yaydı
19:26 / 09-01-2025
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən kənarlaşdırıldı
19:24 / 09-01-2025
Xəzərdə narkopriton təşkil edən 12 nəfər saxlanıldı - FOTO
19:20 / 09-01-2025
“Bu, Ermənistanın “xoş niyyətlərinin” təsdiqi hesab edilə bilməz” - Ayxan Hacızadə
17:49 / 09-01-2025
Bakının məşhur bazarı bu əraziyə köçürülür - VİDEO
17:47 / 09-01-2025
Azərbaycanda regional təhsil idarəsində KÜTLƏVİ İXTİSAR
17:43 / 09-01-2025
İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi
15:46 / 09-01-2025
Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edildi
15:43 / 09-01-2025
İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
14:41 / 09-01-2025
İlqar Mustafayevin həbs müddəti uzadıldı
14:38 / 09-01-2025
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
14:37 / 09-01-2025
Ötən il Dövlət Xidmətinin 249 əməkdaşı
11:50 / 09-01-2025
"Şuşa"nın yerində bu universitet olacaq - FOTO
11:40 / 09-01-2025
Los-Ancelesdə meşə yanğınlarının arealı genişlənib, 100 min nəfərin təxliyəsinə göstəriş verilib - FOTO
11:37 / 09-01-2025
Bakıda məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza aparılır
11:37 / 09-01-2025
Cəbrayılda avtomobil aşıb, ölən və xəsarət alanlar var
Azərbaycandakı sərnişindaşıma şirkətləri tariflərin artırılmasını istəyirlər
Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayaraq tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.
“Report”a daxil olan məlumata görə, müraciətdə qeyd olunub ki, bu ilin yanvar və aprel aylarında Tarif (qiymət) Şurasına müraciət edilib, lakin həmin müraciətlər cavabsız qalıb.
“İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunub və tələb icra edilib. Lakin müraciət bu günə qədər nəticəsiz qalıb. Bir daha diqqətinizə çatdırırıq ki, Bakıda ictimai nəqliyyatın 81%-nə özəl daşıyıcı şirkətlər nəzarət edir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk.
Belə ki, üç ilə yaxındır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub, əhalinin sosial-iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına, gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiyməti 33% artırılaraq 80 qəpik müəyyən edilib. Dizel yanacağının bahalaşmasının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün ayrılan subsidiyanın məbləği isə yanacağın bahalaşması səbəbindən yaranan əlavə vəsait itkisinin cüzi hissəsini əhatə edir. Avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtgü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 50%-ə qədər artıb. Bu hallarda şirkətlərin gəlirlərinin kəskin azalmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına səbəb olur. Nəticədə bu günün bazar reallığından dəfələrlə aşağı olan gediş haqqı şirkətləri ciddi maliyyə itkilərinə məruz qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımızı risk altına salıb”, - deyə daşıyıcı şirkətlər bəyan edib.
Bundan başqa, müraciətdə deyilib ki, pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı vəsait onlara verilməyib:
“Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin bir hissəsi Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin maliyyə dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulsa da, bu vəsait bizə ödənilməyib. Pandemiya dövründə bu vəsaitin ayrılması dövlətimizin sərnişindaşıma sahəsinə diqqətini əks etdirir. Şübhəsiz ki, onun ödənilməsi ağır vəziyyətdə olan şirkətlərin fəaliyyətinə kifayət qədər müsbət təsir göstərərdi”.
Daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını xahiş edib, həmçinin ictimai nəqliyyatda alternativ ödəniş sistemlərinin tətbiq edilməsini, kartla ödənişə keçidin başa çatdırılmasının vacib olduğunu vurğulayıb. Şirkət rəhbərləri İqtisadiyyat Nazirliyində qəbul olunmalarını xahiş edərək yaranmış çoxsaylı problemlərin həlli üçün təcili tədbirlərin görülməsinin vacib olduğunu bildiriblər.
Bölməyə aid digər xəbərlər

Tarix: 26-09-2022, 12:15 Oxunub: 37
Bölməyə aid digər xəbərlər
8-04-2022, 16:36
Özəl daşıyıcılar qiymətlərlə bağlı Tarif Şurasına müraciət etdi
8-04-2022, 20:07
İctimai nəqliyyatda gediş haqqı məsələsi ilə bağlı - Rəsmi açıqlama
5-01-2021, 10:36
BNA-dan qiymət artımı ilə bağlı AÇIQLAMA