23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
AMEA-nın əməkdaşlarının böyük hissəsi işdən çıxarılıb

AMEA-nın əməkdaşlarının böyük hissəsi işdən çıxarılıb

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından sonra irəli gələn vəzifələr həyata keçirilir”.

GununNebzi.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nin vitse-prezidenti akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, yeni Nizamnamənin təsdiq edilməsi üçün Ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

Akademik onu da əlavə edib ki, yeni strukturla işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans, həmçinin Rəyasət Heyətinin say tərkibində də eynidir.

AMEA-nın hüquqi statusuna da toxunan İ. Həbibbəyli qeyd edib ki, AMEA respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi-tədqiqat nəticələrini ümumiləşdirən, buna müvafiq qərarlar çıxaran orqandır.

Tarix: 4-10-2022, 12:38 Oxunub: 62


Bölməyə aid digər xəbərlər
16-07-2020, 20:31 AMEA-da yeni təyinatlar olub