23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
Bu gündən bütün icazələr ləğv edildi, portalda problem yarandı (YENİLƏNDİ)

Bu gündən bütün icazələr ləğv edildi, portalda problem yarandı (YENİLƏNDİ)Xəbər verdiyimiz kimi, bu gündən etibarən "icaze.e-gov.az" portalından alınan bütün elektron icazələr silinib.

Bu “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə tətbiq edilən bir sıra yeniliklərlə bağlıdır.

Fəaliyyətinə icazə verilmiş bir sır sahələrdə çalışan insanlar portaldan qeydiyyatdan keçmək istəsələr də, problemlə üzləşiblər. Onların iddiasına görə, sistem daxil edilən məlumatları tanımır.

“ASAN Xidmət”in 108 çağrı mərkəzindən isə bildirilib ki, hazırda saytda texniki problem mövcuddur və saat 12:00-dək aradan qaldırılacaq.

Amma həmin saatdan sonra da problem mövcud olub. 108 çağrı mərkəzindən bildirildi ki, hazırda "icaze.e-gov.az" portalında yenidən texniki problem yaşanıb və onun aradan qaldırılması üçün müvafiq işlər görülür.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə portalda heç bir texniki problemin olmadığını qeyd edib:

“Sistemdə problem yoxdur. Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənmələr var. Həmin şirkətlər, qurumlar bununla, xüsusi ilə də iş yerlərinin tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin yanında Operativ Qərargaha və İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər”. (report)

xxx

Bu gündən bütün icazələr silinəcək.

GununNebzi.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 3-də keçirilən brifinqində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O qeyd edib ki, hər bir təşkilat işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır.

Buna səbəb bəzi təşkilatların icazə portalından sui-istifadə etməsi səbəb olub.

Buna görə də bəzi icazələr silinib və təşkilatlara bununla bağlı məlumatlar göndərilib.

Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejimi tətbiq edilib.


Tarix: 5-07-2020, 13:43 Oxunub: 82


Bölməyə aid digər xəbərlər