22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
11:32 / 20-11-2024
Vətən müharibəsi iştirakçısı hakim oldu
08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
19:26 / 19-11-2024
Prezident onları hakim təyin etdi - Sərəncam
19:23 / 19-11-2024
“Rusiyaya zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”
15:21 / 19-11-2024
“Veteranların müavinəti heç olmasa, 20-30 manat artırılsın”
15:19 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
15:17 / 19-11-2024
“Veteran təqaüdlərinin məbləği artırılmalıdır”
14:22 / 19-11-2024
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
14:20 / 19-11-2024
Sürücü dənizə düşdü, öldü
14:19 / 19-11-2024
“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”
11:12 / 19-11-2024
Sosial yardım nə qədər artırılacaq? - Rəqəmlər
11:07 / 19-11-2024
“Bu məlumatlara inanmayın!” - AMB-dən müraciət
“ATV” və “MTV” kanallarına xəbərdarlıq edildi
Bu gün Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.
GununNebzi.az xəbər verir ki, iclasda "ATV" və "MTV" kanallarının efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub.
İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasının "ATV" redaksiyasının (kanalının) efirində 04.10.2022-ci il tarixdə "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulması faktı müzakirə olunub.
Belə ki, "ATV" redaksiyasının (kanalının) efirində 04 oktyabr 2022-ci il tarixdə saat 13.10 – 13.50 arası yayımlanan "Çukur" serialında saat 13.16-da zorakılıq səhnəsi (insana xüsusi alətlə fiziki zorakılıq tətbiq edilərək xəsarət yetirilməsi və həmin insanın iztirab çəkməsi səhnələri) açıq nümayiş etdirilib. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.3.1-ci maddəsinin tələbinə (müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan zorakılığı və qəddarlığı nümayiş edən informasiya) ziddir.
Daha sonra peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Muz TV Azərbaycan" MMC-nin "MTV" redaksiyasının (kanalının) efirində 03.10.2022-ci il tarixdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.1-ci maddəsinin tələbinin (zorakılığı və qəddarlığı təbliğ edən informasiya) pozulması faktı müzakirə olunub.
Belə ki, "MTV" redaksiyasının (kanalının) efirində 03.10.2022-ci il tarixdə saat 13.10–16.00 arası yayımlanan "Ümid ilə gəl" proqramında xanım müəllimlə aparıcı Tarix Əliyev (Tolik) arasında müəllimin şagirdləri döyməsi ilə bağlı dialoq olmuş və həmin dialoq zamanı aparıcı tərəfindən bu cür davranışlar təqdirlə qarşılanıb. Bu fakt "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.1-ci maddəsinə əsasən zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya aiddir. Həmin Qanunun 9.2.2-ci maddəsinə əsasən 4.2-ci və 4.3.4-cü maddələrində nəzərdə tutulan, müvafiq olaraq "18+" və "16+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yerli vaxtla saat 6-dan saat 23-dək yayımına məhdudiyyət qoyulur. "Media haqqında" Qanunun 14.1.15-ci maddəsinə əsasən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası qeyd olunan pozuntu faktlarına əsasən ümumölkə yerüstü televiziya yayımçısı "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasına ("ATV" redaksiyası) və peyk yayımı həyata keçirən platforma yayımçısı "Muz TV Azərbaycan" MMC-ə ("MTV" redaksiyası) belə halların təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 5-10-2022, 19:18 Oxunub: 24
Bölməyə aid digər xəbərlər
17-08-2020, 18:10
Daha iki kanalın yayımı dayandırılacaq
12-07-2021, 15:33
"Space" və "Araz" radio kanallarının yayımı DAYANDIRILACAQ
9-05-2020, 13:51
ATV-nin yayımı bir saatlıq dayandırıldı
4-08-2020, 19:56
“Space” TV cəzalandırıldı: Üç saat...
21-04-2021, 11:25
ATV külli miqdarda CƏRİMƏLƏNDİ: Zaur Baxşəliyevin verilişi bağlandı