23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Kapital Bank-dan kart sahiblərinə ŞAD XƏBƏR - Vaxt uzadıldı

Kapital Bank-dan kart sahiblərinə ŞAD XƏBƏR - Vaxt uzadıldıKapital Bank koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Hazırda təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyası alan və istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının müddəti daha bir neçə aylıq uzadılır.

GununNebzi.az xəbər verir ki, bu barədə bankın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.

O bildirib ki, Kapital Bank Təhsil və tələbə kartları 30 avqust, sosial müavinət kartları 30 sentyabr, ünvanlı sosial yardım kartları 31 oktyabr, əmək, pensiya kartları isə 30 noyabr 2020-ci il tarixinədək uzadılır: "Bununla da, həmin kateqoriyaya daxil olan müştərilərin filiallara gəlməsinə ehtiyac qalmır. Onlar öz əvvəlki kartlarından istifadə edə bilərlər”.


Tarix: 7-07-2020, 18:31 Oxunub: 120


Bölməyə aid digər xəbərlər