23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Məhbuslar arasında koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Məhbuslar arasında koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA“Məhbuslar arasında koronavirusa yoluxma halları qeydə alınıb”.

GununNebzi.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, test nəticələri müsbət olan iki nəfər TƏBİB-ə təhvil verilib:

“12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkum, 11 saylı cəzaçəkmə müəssisəsində beş məhkum, 4 saylı çəzaçəkmə müəssisəsində iki məhkumda koronavirusa yoluxma aşkarlanıb.

Onlardan iki nəfər qanunvericiliyin tələbinə uyğun olaraq, vaxtından əvvəl şərti olaraq azadlığa buraxılaraq, TƏBİB-ə təhvil verilib. Qalan şəxslərin izolyasiyası aparılıb”.

H.Hacıyev Penitensiar Xidmət orqanlarında da yoluxma hallarının olduğunu və bu vəziyyətin nəzarətə götürüldüyünü qeyd edib.


Tarix: 10-07-2020, 17:57 Oxunub: 97


Bölməyə aid digər xəbərlər