23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda koronavirusa yoluxma halları KƏSKİN ARTDI

Azərbaycanda koronavirusa yoluxma halları KƏSKİN ARTDI

gununnebzi.az Azərbaycan Respublikasında 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılıb.


Tarix: 5-05-2020, 17:53 Oxunub: 154


Bölməyə aid digər xəbərlər