23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Professordan korona şoku: Buna doğru gedirik

Professordan korona şoku: Buna doğru gedirikNövbəti günlərdə mövcud vəziyyətlə əlaqədar koronavirusa yoluxma halları kəskin artacaq.

Bunu Axar.az-a açıqlamasında professor Adil Qeybulla ötən gün Ordumuza dəstək yürüşünün koronavirusa yoluxmanın artmasına təsirləri haqda danışarkən deyib.

O bildirib ki, artıq qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yoxdur:

“Qabaqlayıcı tədbirlərin görülməsi artıq gecdir. Ötən gün Bakı küçələrinə minlərlə insan axışdı. Onların içində 10 faizinin xəstə olması kifayətdir ki, oradakıların hamısı yoluxsun. Bu hadisələrdən sonra yəqin ki, ölkədə virusa yoluxma hallarında artan dinamika müşahidə ediləcək. Bunun qarşısını almaq üçün karantinin uzadılması və s. kimi qabaqlayıcı tədbirə qətiyyən ehtiyac yoxdu, çünki artıq yoluxma baş verib. İnsanları maarifləndirmək lazımdır ki, karantindən sonra heç olmasa küçəyə çıxanda qaydalara əməl etsinlər. Maskadan və əlcəkdən istifadə, sosial məsafə və s. qaydalara əməl edilməlidir. Yoxsa biz kollektiv immunitetə doğru gedirik. Yəni yoluxan yoluxur, ölən ölür, qalan da qalır”.


Tarix: 15-07-2020, 20:47 Oxunub: 108


Bölməyə aid digər xəbərlər