23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Ölkəyə 84 yeni təcili tibbi yardım maşını gətirilib, 100-ü də gətiriləcək" - Əli Əsədov

"Ölkəyə 84 yeni təcili tibbi yardım maşını gətirilib, 100-ü də gətiriləcək" - Əli Əsədov“Hazırda Azərbaycanda koronavirus xəstələri 35 şəhər və rayondakı 50 xəstəxanada müalicə alır”.

GununNebzi.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Baş Nazir Əli Əsədov deyib.

“Bu xəstəxanaların 36-sı son vaxtlar inşa edilib, o cümlədən modul tipli xəstəxanalardır. Həmçinin ambulator tibb müəssisələri də mövcuddur ki, xəstəliyi simptomsuz keçirənlərin müalicəsinə cəlb olunub. Bakıda 40 belə müəssisə var. Koronavirus xəstələri üçün çarpayıların sayı 10 mindən çoxdur.

Son vaxtlar 300-dən çox süni tənəffüs aparatı gətirilib. Həmçinin tibb xidmətinə müraciətlərin sayının artması nəzərə alınaraq 84 təcili tibbi yardım maşını alınaraq ölkəyə gətirilib, iyul-avqust aylarında daha 100 avtomobil gətiriləcək” - deyə hökumət başçısı qeyd edib.

Bundan başqa, Baş Nazirin sözlərinə görə, son aylar ölkədə koronavirus testi vermək üçün loboratoriyaların sayı 6-dan 30-a, gündəlik test vermək imkanı isə 1000-dən 10 000-ə çatdırılıb. Yaxın vaxtlarda isə yeni loboratoriyaların hesabına bu rəqəm 12-13 min olacaq.


Tarix: 15-07-2020, 23:13 Oxunub: 94


Bölməyə aid digər xəbərlər