23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
​DOST mərkəzlərində bu ilin 6 ayında 61 mindən çox vətəndaşa xidmətlər göstərilib

​DOST mərkəzlərində bu ilin 6 ayında 61 mindən çox vətəndaşa xidmətlər göstərilibCari ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) Bakıda 3 saylı DOST mərkəzi açılmaqla, paytaxtın daha üç rayonunun (Nizami, Sabunçu, Suraxanı) sakinlərinə də DOST xidmətlərindən faydalanmaq imkanı yaradılıb
.
Hazırda 1 saylı, 2 saylı və 3 saylı Bakı DOST mərkəzləri Bakının 7 rayonu üzrə 1,2 milyon nəfər əhalini əhatə edir və sosial müdafiəyə cəlb olunan 230 minə yaxın vətəndaşa DOST xidmətlərindən istifadə imkanı verir.
Bu ilin yanvar-iyun aylarında Bakı DOST mərkəzləri tərəfindən 61 min 57 vətəndaşa xidmətlər göstərilib. Məşğulluq, pensiya, müavinət, sosial xidmət və s. sahələr üzrə 132 xidmətin göstərildiyimərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 96 faiz təşkil edib.

DOST mərkəzləri üzrə 4 min nəfərə isə sosial xidmətçilər və DOST könüllüləri tərəfindən evlərində sosial xidmətlər göstərilib. Onlardan tənha ahıl və əlilliyi olan şəxslərlə yanaşı,396 nəfəri yaşı 65-dən yuxarı olanlardır.

142-Çağrı mərkəzi tərəfindənisə 2020-ci ilin ilk 6 ayında422 min müraciət cavablandırılıb. Bu, ümumilikdə 2019-cu il üzrə müvafiq göstəricidən 70,7 faiz çoxdur.


Tarix: 23-07-2020, 14:23 Oxunub: 105


Bölməyə aid digər xəbərlər