23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il yanvar ayının 1-i vəziyyətinə 10 127 145 nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Rəsmi məlumata görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,1 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,8 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayb.

Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfərdir. Bu göstərici Bakı şəhərində (1092 nəfər), Abşeron-Xızı (234 nəfər), Lənkəran-Astara (153 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksəkdir.

Tarix: 20-02-2023, 15:05 Oxunub: 19


Bölməyə aid digər xəbərlər