18:09 / 18-12-2024
Sabah da qar yağacaq
17:57 / 18-12-2024
Həbs müddətləri azaldıldı
Tarif Şurası 50 dərman vasitəsinın qiymətini təsdiqlədi

Tarif Şurası 50 dərman vasitəsinın qiymətini təsdiqlədi

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.

GununNebzi.az xəbər verir ki Bu barədə Tarif Şurasının Katibliyindən məlumat verilib.

İclasda yeni dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 32 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər olunub.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az)“Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Tarix: 28-02-2023, 18:00 Oxunub: 14


Bölməyə aid digər xəbərlər