Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən Qlobal distribütor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində biletlərin oflayn satışını açacaq. Bu isə xarici turistlərin Azərbaycana səfərini daha əlçatan edəcək.
GununNebzi.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov ölkənin mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü zamanı bildirib.
Onun sözlərinə görə, arantin rejiminin uzadılması və sərhədlərin 2020-ci ilin 31 avqust tarixinədək bağlanması səbəbindən Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsi üçün bağlıdır:
"Bununla belə, AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir".
Biletlərin satışına gəlincə, Cahangir Əsgərovun fikrincə, bu zaman anlamaq lazımdır ki, turizm operatorlarının əsas gəlir mənbəyi təkcə aviabilet satışı deyil, bütün dünyada olduğu kimi, hazır turizm paketlərinin satışı olmalıdır: "Digər ölkələrin təcrübələrinə əsaslanaraq, ilk növbədə, pandemiyadan sonrakı dövrdə daxili turizmin inkişafına diqqəti yönəltmək lazımdır, "Azərbaycan Hava Yolları" isə respublikamızı xarici turistlərin səfəri üçün daha əlçatan edəcək".
Bölməyə aid digər xəbərlər