23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Qazi, şəhid ailələrinə dərmanlar pulsuz verilsin”

“Qazi, şəhid ailələrinə dərmanlar pulsuz verilsin”

Milli Məclisdə qazi, şəhid ailələrinə dərmanların pulsuz verilməsi təklif olunub.

GununNebzi.az
xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin iclasında sədr Əhliman Əmiraslanov çıxış edib.

Deputat vurğulayıb ki, dərman qiymətlərinin baha olması hələ də aktualdır: “Biz bunları nəzərə almalıyıq. İnsanlar tərəfindən qiymətlərlə bağlı narazılıqlar var. Bildirim ki, TƏBİB-lə danışıqlar aparıb, qazi, şəhid ailələri üçün dərmanların pulsuz verilməsi üçün işlər görməliyik. Düzdür, bunun üçün böyük maliyyə lazımdır. Amma TƏBİB-in səlahiyyətləri böyüyür və fikrimcə ilk mərhələdə qazi, şəhid ailələrini dərmanla təmin edə bilərik. Çünki insanların bununla bağlı narazılıqları var”.

Deputat Rəşad Mahmudov da dərman qiymətləri ilə bağlı danışıb. Deputat bildirib ki, ölkədə vacib olan dərmanları tapmaq çətin və bahadır: “Özəl şirkətlərdən də bu problem soruşanda onlar deyirlər ki, siz bizim dərdimizi başa düşmürsünüz. Bizim ölkədə dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə 3,4 dəfə baha olsa da həmin dərmanları tapmaq olmur”.


(Qafqazinfo)

Tarix: 29-03-2023, 13:15 Oxunub: 13


Bölməyə aid digər xəbərlər