23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Çaylardan sel keçib, bu rayonlara dolu düşüb

Çaylardan sel keçib, bu rayonlara dolu düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Qurumdan verilən məlumaya görə, yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan, saat 14:30-da isə Talaçaydan sel keçib.

Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, Bərdə 22 m/s, Şəki, Zaqatala, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəydə 20 m/s, Çeyrançöl, Beyləqan, Yevlax, Tovuz, Şirvan, Qobustanda 18 m/s, Sabirabadda 17 m/s, Lerikdə 16 m/s-dək güclənib.
Bu gün saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlaxda diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində isə Qax rayonu Güllük kəndi ərazisinə, saat 13²⁸-də Şəki rayonuna xırda dolu düşüb.

Tarix: 13-04-2023, 19:14 Oxunub: 13


Bölməyə aid digər xəbərlər
14-08-2021, 22:37 Bu ərazilərə dolu yağıb