11:49 / 07-01-2025
Onlara yeni vəzifə verildi
Azərbaycanda istilik mövsümü yekunlaşır

Azərbaycanda istilik mövsümü yekunlaşır

““Azəristiliktəchizat” ASC 2022-2023-cü illər payız-qış mövsümü ərzində abonentləri keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təchiz edib”.

GununNebzi.az
xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifəsini icra edən İlham Mirzəliyev mövsümün yekunları barədə keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, 2022-2023-cü illər payız-qış mövsümündə 4470 metr məhəllədaxili və magistral istilik xətləri yenisi ilə əvəz olunub; 28 ədəd qazan aqreqatı cari təmir olunmuşdur, 1 ədəd qazan əsaslı təmir olunub, 40 ədəd odluq cari təmir olunub və 4 ədəd yenisi ilə əvəz olunub.

Bundan əlavə, 22 dəst istilik mübadilə aparatları, 31 ədəd kimyəvi su yumşaltma qurğuları, 59 ədəd nasos cari və 12 ədəd əsaslı təmir olunub, 12 ədədi isə yenisi ilə əvəz edilib və digər zəruri işlər aparılır”.
İ. Mirzəliyev onu da əlavə edib ki, respublikanın dağ rayonlarında noyabrın 1-dən, Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin noyabr ayının 15-dən istiliklə təmin edilməsinə başlanılıb: “Cəmiyyətə məxsus 562 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə 3866 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 286 məktəb, 160 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 2445 digər sosial və təsərrüfat obyektlərinin fasiləsiz və etibarlı istiliklə təmin olunmasına imkan verib. Bu məqsədlə 2022-ci ilin yekunları üzrə istehsal və maliyyə təsərrüfat fəaliyyəti haqqında ilkin hesabata əsasən 1759 QVt (1 512 740 Qkal) istilik enerjisi istehsal edilib”.

Tarix: 14-04-2023, 12:40 Oxunub: 8


Bölməyə aid digər xəbərlər