23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu səlahiyyət də Naxçıvan Ali Məclisinin sədrindən alınır

Bu səlahiyyət də Naxçıvan Ali Məclisinin sədrindən alınır

Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərini Naxçıvan Muxtar Respublikasında müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək.

GununNebzi.az
xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verilirdi.

Tarix: 5-06-2023, 11:19 Oxunub: 8


Bölməyə aid digər xəbərlər