23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN

Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİNÇimərliklərdə sıxlıq müşahidə olunur.

Çimərlikərə qoyulan qadağa götürüldükdən sonra çimərliklərə güclü axın müşahidə olunur. Əvvəlcədən də bildirildiyi kimi vətəndaşlar "cimerlik.az" portalı vasitəsilə insalar hansı çimərliyin boş olduğunu öyrənə bilərlər. Lakin bir çox vətəndaşlar portala baxmadan özləri müəyyənləşdirdiyi çimərliklərə üz tutur ki, bu da sıxlığa və virusun yayılma riskinin artmasına səbəb olur

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, COVID -19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslərin bir sıra qaydalara əməl etmələri xahiş olunur:

1. Çimərliklərə getməmişdən əvvəl cimerlik.az saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq daha az insanın olduğu əraziyə üz tutmaq;

2. Çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək;

3. İstifadəsi zəruri sayılan əşyaları özünüz ilə çimərliyə gətirmək;

4. Çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək;

5. Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək;

6. Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək;

7. Çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq;

8. Qadağan olunmuş ərazilərdən istifadə etməmək;

9. Sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə nəzarətçiyə dərhal məlumat vermək;

10. Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək.

cimerlik.az saytında adı qeyd olunmayan çimərliklərə üz tutduqda pandemiya ilə bağlı monitorinq aparılmadığından ehtiyatlı olmağınız tövsiyə edilir. (trend)


Tarix: 9-08-2020, 17:44 Oxunub: 177


Bölməyə aid digər xəbərlər