23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Naxçıvanda yeni qurumlar yaradıldı

Naxçıvanda yeni qurumlar yaradıldı

Naxçıvan Muxtar Respublikasında yeni qurumlar yaradılıb.

GununNebzi.az
xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi, “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsi, “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, Akademik Həsən Əliyev adına “Araz” Elmi-İstehsalat Birliyinin və Toxumçuluq və Bitkilərin Mühafizə İdarəsinin bazasında Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu yaradılıb.

Qurumlar Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq.

Bundan başqa, “Naxçıvan Məhsulları” publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi də ləğv edilərək əmlakları Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.

Tarix: 11-07-2023, 10:24 Oxunub: 14


Bölməyə aid digər xəbərlər
10-08-2021, 17:22 Naxçıvanda daha bir təyinat