Dünənki temperatur normadan artıq olub

Dünənki temperatur normadan artıq olub

Azərbaycan ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avqustun 11-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti sabit olub, yağmursuz keçib.

“Havanın maksimal temperaturu avqustun 10-da Bakıda iqlim normasından 5 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında, eləcə də Gəncə-Qazax zonasında temperatur 40, Naxçıvan MR və aran rayonlarında 42, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib”, - Xidmətdən bildirilib.

Tarix: 11-08-2023, 10:49 Oxunub: 10


Bölməyə aid digər xəbərlər