23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Mayın 15-i səhərədək ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Lakin mayın 14-də Böyük Qafqazın bəzi yerlərində qısamüddətli yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Girdimançay-Qaranohurda (İsmayıllı) 48 mm (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 34 mm, Dəmiraparançayda (Qəbələ) 17 mm, İsmayıllı, Sarıbaşda (Qax) 5 mm, Qəbələ, Şamaxıda 2 mm olub.

Şimal-qərb küləyi Naftalanda 18 m/s, Salyanda 16 m/s, Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib. Girdimançay-Qaranohurda xırda dənəli dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-21, Aran rayonlarında 22-31 dərəcə, dağlıq rayonlarda 19 dərəcəyədək, Naxçıvan MR-da 22-27 dərəcə isti olub.


Tarix: 15-05-2020, 15:56 Oxunub: 55


Bölməyə aid digər xəbərlər
3-04-2020, 19:00 Şahdağa qar yağıb
25-04-2020, 15:00 Sabahın hava proqnozu