01:20 / 28-11-2024
Bu ölkə Netanyahunu həbs etməyəcək
01:11 / 28-11-2024
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
01:10 / 28-11-2024
Hikmət Məmmədov işdən çıxarıldı
22:50 / 27-11-2024
Dəhşətli qəzada ölən hərbçilərin adları - Açıqlandı
22:49 / 27-11-2024
Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi
22:46 / 27-11-2024
Fəzail Ağamalı, övladları və nəvələri məhkəməyə verildi
22:39 / 27-11-2024
Almaniyada icazəsiz yaşayan 37 nəfər Azərbaycana göndərildi
21:44 / 27-11-2024
“Roşka” yenə eyni əmələ görə həbs olundu
21:43 / 27-11-2024
Tovuzda hərbçilər ağır qəzaya düşdü - 6 nəfər ölüb+Yenilənib
14:53 / 27-11-2024
Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
14:16 / 27-11-2024
Zümrüd Yağmur axtarışa verildi
14:14 / 27-11-2024
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır”
14:10 / 27-11-2024
“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”
14:08 / 27-11-2024
Jurnalistlərlə bağlı layihə I oxunuşdan keçdi
07:20 / 27-11-2024
"20 Yanvar"da ticarət obyektləri bağlandı - Video
07:08 / 27-11-2024
Serdar Ortaçla bağlı qərar verildi
07:06 / 27-11-2024
ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşdı
07:05 / 27-11-2024
G7-dən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər gözlənilir
07:02 / 27-11-2024
İsrail Livanla müharibəni dayandırır
06:58 / 27-11-2024
Bayden həmin atəşkəsin vaxtını açıqladı
06:56 / 27-11-2024
Türkiyə onun qatillərini BƏƏ-yə verdi
22:10 / 26-11-2024
Dərman qaçaqmalçılığının qarşısı alındı
22:01 / 26-11-2024
PA-nın dekabr ayına olan vətəndaş qəbulu açıqlandı
21:51 / 26-11-2024
Bu ölkələrlə viza rejimi qismən ləğv olunur
21:50 / 26-11-2024
Gürcüstandan Rusiyaya gedən yol bağlandı
21:30 / 26-11-2024
Naxçıvanda sahibkarların bəzi vergilərdən azad olunması təklif edildi
21:27 / 26-11-2024
Rusiya britaniyalı diplomatı ölkədən çıxarır
17:39 / 26-11-2024
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi
17:31 / 26-11-2024
“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata
17:30 / 26-11-2024
Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı
15:46 / 26-11-2024
“Həzi Aslanov” stansiyasında təmir başlayır
15:43 / 26-11-2024
İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş
Dərnəgüldəki yanğın iqtisadiyyatımızı yandırır: “Baku Steel Company” artıq dörd gündür işləmir
Noyabrın 23-də paytaxtımızın “Dərnəgül” kimi tanınan ərazisində - Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında ciddi fəsadlarla nəticələnən yanğın baş verdi.
GununNebzi.az“Report”a istinadən xəbər verir ki, taxta bazarında ticarətlə məşğul olan obyektlər bir-birinə o qədər sıx yerləşir ki, yanğın zamanı alovun qonşu obyektlərə sıçramasının qarşısını tez bir zamanda almaq mümkün olmadı. Nəticədə yanğın geniş vüsət alaraq bu ərazidə yerləşən yüksək gərginlikli elektrik xəttini tamamilə sıradan çıxardı.
Buraya qədər hər şey aydındır. Qaranlıq qalan məqam isə odur ki, bəs elektrik şəbəkələrinin mühafizə zonasına niyə riayət olunmur?!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları xətlərin gərginliyinə uyğun məsafədə yerləşməlidir. Dərnəgüldəki taxta bazarında yanaraq sıradan çıxan elektrik xəttinin gərginliyi 110 kV olduğundan o, ən azı, 20 metr məsafə qorunaraq mühafizə zonası ilə əhatələnməli idi.
Nazirlər Kabinetinin Qaydaları dövlət arxivlərində tozlanmaq üçün yox, onlara riayət olunmaq üçün qəbul olunur. Elektrik şəbəkələrinin mühafizə zonalarına riayət etməməklə açıq-aşkar qaydalara meydan oxuma azmış kimi, hətta tezalışan materialların satışının da yüksək gərginlikli xətlərin altında təşkilinə göz yumulur.
Qeyd olunan faktlar acı həqiqətdir, lakin ən acısı yüzlərlə kiçik sahibkarın ailəsini dolandırmaq üçün min bir əzab-əziyyətlə ərsəyə gətirdiyi irili-xırdalı obyektlərin yanıb kül olmasıdır. Əlbəttə, bu hadisənin araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Amma “Dərnəgül yanğını” təkcə kiçik sahibkarların biznesini batırmayıb, ölkəmizin də adını batırmağa doğru gedir. Söhbət Azərbaycanın strateji əhəmiyyətli sənaye müəssisələrinin elektrik enerjisi təminatı dayandırıldığı üçün fəaliyyətlərini də dayandırmaq məcburiyyətində qalmalarından gedir. Məsələn, ölkəmizin ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company”nin fəaliyyəti artıq 4 gündür ki, elektrik enerjisinin bərpa olunmaması səbəbindən dayanıb. Dörd gün sizə az gəlməsin, bu miqyasda bir müəssisə üçün çalışmadığı gün yox, hətta saat belə dövlətin polad sütununa vurulan zərbədir. “Baku Steel Company” QSC Azərbaycanın qeyri-neft sektorundakı ən böyük vergi ödəyicilərindəndir, Qarabağın yenidənqurma və bərpa işlərində, eləcə də ölkəmizdəki digər quruculuq layihələrində şirkətin müxtəlif məhsullarından fasiləsiz şəkildə istifadə olunur.
Elektrik şəbəkəsinin mühafizə zonasının qaydalarını heçə sayan rəsmi qurumlar nə vaxta kimi hərc-mərcliklə məşğul olacaq?! Nə vaxta kimi öz şəxsi maraqlarını düşünüb, Azərbaycanın prioritet maraqlarına zərbə dəyməsinə vəsilə olacaqlar?! Suallar çoxdur, cavab isə ölkəmizin strateji sənaye müəssisələrinin hələ də qaranlığa və sükuta qərq olması ilə nəticələnən rəsmi qurumların fəaliyyətsizliyi, ya da ki özfəaliyyətidir.
Bölməyə aid digər xəbərlər

Tarix: 26-11-2023, 15:14 Oxunub: 6
Bölməyə aid digər xəbərlər
23-11-2023, 09:27
Bazardakı yanğında 1 nəfər öldü - Yenilənib
1-03-2022, 10:56
Qazaxın mərkəzi bazarında yanğın olub - Video
27-11-2021, 12:30
Şəmkir bazarında yanğın - Video