01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Baş Nazir SƏRƏNCAM İMZALADI

Baş Nazir SƏRƏNCAM İMZALADIAzərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 6 avqust tarixli 2203 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:
1. Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450.000,0 (dörd yüz əlli min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Tarix: 25-08-2020, 17:33 Oxunub: 213


Bölməyə aid digər xəbərlər