16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Bakı Bulvarında gəzinti qayığı batdı - YENİLƏNDİ - 2

Bakı Bulvarında gəzinti qayığı batdı - YENİLƏNDİ - 2
Bu gün səhər saatlarında Xəzər dənizinin Bakının Səbail rayonu sahillərində tur gəmisi batıb.

GununNebzi
.azxəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tur gəmisi qəfil batmağa başlayıb, gəmidə olan şəxslər özlərini dənizə ataraq sahilə tərəf üzməyə çalışıblar. Bir qədər sonra isə başqa bir qayıq batan gəmiyə yaxınlaşıb.

FHN-nin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün nazirliyin qaynar xəttinə Xəzər dənizində gəzinti qayığının batması barədə ilkin məlumat daxil olub: “Dərhal FHN-in dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib, batmaq təhlükəsizilə üzləşən şəxslər xilas edilib. Əlavə məlumat veriləcək”.


(Qafqazinfo)


Tarix: 22-12-2023, 12:43 Oxunub: 3


Bölməyə aid digər xəbərlər
27-08-2021, 21:46 Bir nəfər dənizdə batdı