Zaman dəyişir və hər dövr qarşıya yeni tələblər,yeni çağırışlar qoyur. Azərbaycan dövləti də öz siyasətini məhz zamanın dəyişən tələbələrinə uyğun qürur. Təsadüfi deyil ki, bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi,mənəvi keyfiyyətlərə malik kadrlar yeni vəzifələrə təyin edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 08 iyul 2024 -cü il sərəncamı ilə A.A.Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilir. Azərbaycan İctimai -Siyasi xadimi olan Adil Əliyev parlamentin 3, 4, 5 və 6 -cı çağırış deputatı və sonuncu çağırış Milli Məclisin sədr müavini olub.
Adil Əliyev ona göstərilən etimada görə Prezident İlham Əliyev cənablarına minnətdarlıq edib. Adil Əliyev ilk iş günlərindən təsdiq olunmuş qəbul qrafikinə uyğun rayon əhalisi ilə qəbul keçirib. Qəbulda şəhid ailələri, qazilər,habelə müraciət edən ayrı-ayrı vətəndaşların problemləri dinlənilib. Qəbul zamanı qaldırılan sosial, təhsil, mənzil şəraitinin yaxşılaşdırılması kimi müraciətlırin bir qismi Rayon İcra Hakimiyyətinin Başçısı Adil Əliyev tərəfindən yerindəcə həll olunub. Araşdırılması vaxt tələb edən müraciətlərin hər biri nəzarətə götürülmüş, müraciətlərin həlli məqsədilə tapşırıqlar verilmişdir. Adil Əliyev bildirib ki, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşır və müraciətlərin qısa müddətdə həll olunması barədə Prezident İlham Əliyev in verdiyi tapşırıqlar və tövsiyələrə uyğun olaraq bütün müraciətlər tam, hərtərəfli araşdırllacaq və bu istiqamətdə böyük addımlar atılacaq.
Suraxanı Rayon İcra Hakimiyyətinin yeni Başçısı şəhid ailələri və qazilərlə görüşündə Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin uğurlarından bəhs edib. Bildirib ki, qazandığımız tarixi Qələbəyə görə qəhrəman Vətən övladlarına borclu olduğunu söyləyib. Adil Əliyev söyləyib ki, şəhid ailələrinə və qazilərə hər zaman diqqət göstəriləcək və bu hər kəsin vətəndaşlıq borcudur. İcra Başçısı şəhid ailələri və qazilərlə birlikdə Bülbülə, Əmircan, Zığ, Suraxanı, Hövsan qəsəbələrində dəfn olunmuş Şəhidlərin məzarlarını ziyarət edib. Ziyarət zamanı Adil Əliyev qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı şəhid ailələrinə və qazilərə ehtiram göstərməlidir. Tədbirlərdə şəhid ailələrin üzvləri çıxış edərək övladlarına göstərilən yüksək diqqət və qayğıya görə İcra Başçısına razılıqlarını bildiriblər. Sonra, Adil Əliyev, RİHB -n müavınləri Vətən müharibəsində qəhrəmanıcasına döyüşərək şəhadətə ucalan mayor Əsgərov Rüfət Mürvət oğlunun ailə üzvlərini ziyarət edib və onun övladı Zəhranı doğum günü münasibətilə təbrik ediblər. RİH başçısı cənab Adil Əliyev şəhidin övladına hədiyyə təqdim edərək ən xoş arzularını çatdırıb.
GununNebzi.az Xəbər Portalının kollektiv və Rəhbərliyi Suraxanı İcra Hakimiyyətinin Başçısı Adil Əliyev cənablarini yeni vəzifəyə təyin olunmasına görə təbrik edir, Ona uğurlar və can sağlığı arzulayirlar.
Baş Redaktor Qəşəm Sultanov
Bölməyə aid digər xəbərlər