1 sentyabrda növbədənkənar parlament seçkilərində iştirak edən deputatlığa namizədlərin aktiv təşviqat kompaniyası davam edir.Seçkiqabağı təbliğat-təşviqat kampaniyası 124 saylı Şuşa -Ağdam -Xocavənd seçki dairəsində də yüksək səviyyədə aparılır.Bu seçki dairəsində namizədlərin seçicilərlə mütamadı görüşü uğurlu şəkildə baş tutur
Bu dairədən namizədliyi İrəli sürülmüş professor Mübariz Əliyevin təbliğat kampaniyası da aktiv şəkildə davam edir.
Mübariz Əliyev də bu günlərdə seçicilərlə növbəti uğurulu görüşlərini keçirir. Professorun 45 illik cərrah fəaliyyəti, onun bu dövlətimiz üçün gördüyü işlər və əldə etdiyi uğurlar haqqında geniş məlumatları seçicilər bilirlər. Seçicilər Mübariz Əliyevin apardığı seçki kampaniyasını bəyəndiklərini,onun sözlərinə etimad etdiklərini bildirirlər. Görüşdə iştirak edən seçicilər Şusa,Ağdam,Xocavənd rayonlarında olan problemləri Mübariz Əliyevin diqqətinə çatdırıb və onların həllində yaxın iştirak edəcəyinə inandıqlarını söyləyiblər. Professor Mübariz Əliyev seçicilərlə görüşdə bildirib ki, namizədliyi irəli sürülən Şuşa -Ağdam -Xocavənd rayonlarının problemləri ilə yaxından tanışdır və onların həllinə çalışacaq, seçiciləri narahat edən məsələləri daim gündəmdə saxlayacaq
Mübariz Əliyev seçicilərlə görüşdə daha sonra bildirib ki, 124 saylı Şuşa -Ağdam -Xocavənd seçki dairəsinin sakinləri ilə keçirdiyim görüşlərdən böyük məmnuniyyət duyuram. O,bildirib ki, seçicilərin fikirləri,problemləri və təklifləri mənim üçün çox önəmlidir.
Seçicilərlə görüşün sonunda Mübariz Əliyev söyləyib ki, Sizlərə xidmət etmək mənim üçün şərəfdir və gələcəkdə də sizlərin etimadlarınızı doğrultmaq üçün var gücümlə çalışacağam.
GununNebzi.az Xəbər Portalının təsisçisi:
Fizuli Babayev.
Bölməyə aid digər xəbərlər