Leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Leysan yağıb, şimşək çaxıb - Faktiki hava
Bu günə olan faktiki hava şəraiti açıqlanıb.

GununNebzi.az
Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam və gecə bəzi yerlərdə arabir qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 4 mm, Gədəbəydə 3 mm, Qax, Lerik, Mingəçevirdə 2 mm, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qobustan, Quba, Qusar, Şahdağ, Şabran, Altıağac, İsmayıllı, Şamaxı, Ağsu, Xaltan, Qrız, Xınalıq, Tovuz, Yevlax, Göyçay, Kürdəmir, Astara, Gədəbəy, Daşkəsəndə 1 mm-dək olub.

Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR və Aran rayonlarında 38, dağlıq rayonlarda 28 dərəcəyədək isti qeydə alınıb.


Tarix: 26-08-2024, 09:30 Oxunub: 1


Bölməyə aid digər xəbərlər