Ali Məhkəməyə yeni hakimlər təyin edilir.
GununNebzi.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat”da öz əksini tapıb.
Layihəyə əsasən, İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin ediləcəklər.
Qeyd edək ki, İlqar Cəfərov 2020-2024-cü illərdə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi vəzifəsində çalışıb.
Sərvər Vəliyev 2022-ci ildən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Mülki və iqtisadi qanunvericilik sektorunun müdiri, Raqib Qurbanov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Vüsalə Baxışova 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi, Rəşad Həsənov isə 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.
***
Təklif səsə qoyularaq qəbul edilib.
Bölməyə aid digər xəbərlər