Təmir-quraşdırma işləri ilə əlaqədar bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
GununNebzi.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində qaz tənzimləyici şkafın yerinin dəyişdirilməsi və mövcud qaz xəttinin yenisi ilə əvəz olunması, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yeni çəkilmiş qaz xətlərinin şəbəkəyə qoşulması, Sabunçu rayonu, Pirşağa qəsəbəsində qaz sayğaclarının giriş hissəsində əymə üsulu ilə montaj olunması məqsədilə 14 oktyabr 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonu üzrə Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin, Nərimanov rayonu üzrə C.Hacıbəyli küçəsinin, Sabunçu rayonu üzrə isə Pirşağa qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bölməyə aid digər xəbərlər