23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Covid-19 uşaqlar arasında yayılıb? - Professor Adil Qeybulladan AÇIQLAMA

Covid-19 uşaqlar arasında yayılıb? - Professor Adil Qeybulladan AÇIQLAMA''Uşaqlar arasında koronavirus (Covid-19) simtomsuz formada müşahidə edilir. Təəssüf ki, bir müddətdir uşaqların vaksinasiya olunma prosesi pozulub, qrafikə uyğun olaraq yerinə yetirilməyib. Onlar vaksinasiyaya cəlb olunmalıdırlar. ”

GununNebzi.az xəbər verir ki, bu fikirləri Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
''Məsələ ondadır ki, payız aylarında koronavirusla yanaşı, soyuqdəymə xəstəliklərin də ola biləcəyini nəzərə alaraq diqqətli olmaq lazımdır. Operativ Qərargahın bununla bağlı konkret təlimatları olmalıdır. Vaksinasiyanın ilk növbədə uşaqlar arasında aparılması vacibdir. ''


Professor, həkim Adil Qeybulla deyir ki, mövsümi xəstəliklərdən təkcə qripə qarşı vaksin var:
“ Ümumdünya Səhiyyə təşkilatının proqramı çərçivəsində bir sıra xəstəliklərə qarşı vaksinasiya mövcuddur. Bunların bəziləri vaksinasiya, bəziləri isə passiv immunizasiyadır. Amma bunların koronavirusa aidiyyatı yoxdur.


Tarix: 14-09-2020, 16:14 Oxunub: 115


Bölməyə aid digər xəbərlər