10:46 / 03-02-2025
Məktəb direktoru həbs olundu
16:25 / 02-02-2025
Xəzər dənizində zəlzələ
Eldəniz Səlimov azadlığa çıxdı

Eldəniz Səlimov azadlığa çıxdı
Polis əməkdaşına xəsarət yetirmə ittihamı ilə məhkum edilmiş sabiq deputat Eldəniz Səlimov azadlığa buraxılıb.

GununNebzi.az-
ın məlumatına görə, E.Səlimovun 3 il 6 aylıq həbs cəzası bu gün başa çatıb. O, 10 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.

Deputat işləyə-işləyə cinayət törədən Səlimov vaxtından əvvəl cəza çəkmədən azad edilmək üçün müraciət etməyib, günə-gün həbsdə yatıb.

Qeyd edək ki, Eldəniz Səlimov Xaçmaz seçki dairəsindən deputat olub. Həbsinə səbəb olan hadisə 2021-ci ilin avqustunda elə Xaçmazda kafedə baş verib. Deputat mübahisə zamanı polis əməkdaşına xəsarət yetirib.

Vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinən E.Səlimov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.

(Qafqazinfo)


Tarix: Dünən, 11:04 Oxunub: 1


Bölməyə aid digər xəbərlər