
2001-ci ilin əvvəllərindən 2021-ci il mayın sonlarınadək olan müddət ərzində Rusiyadan gizli üsullarla Ermənistana, oradan isə Ermənistanın hərbi təcavüzü nəticəsində əvvəllər işğal altında olmuş Azərbaycan ərazilərinə gətirilən silahların siyahısı açıqlanıb.
GununNebzi.az-ın məlumatına görə, bu barədə Bakıda separatçıların keçirilən məhkəməsində məlumat verilib.
Qeyd olunub ki, bu silahlar Azərbaycan ərazilərində qanunsuz olaraq qurulmuş mühəndis-istehkam mövqelərinə yerləşdirilməklə ölkəmizə qarşı təcavüzkar müharibədə istifadə edilib.
Söhbət “İsgəndər-M” əməliyyat-taktiki təyinatlı ballistik raket, “Toçka-U” taktiki raket kompleksi, “9K33 OSA” özüyeriyən zenit raket kompleksi, “S-8” idarə olunmaz təyyarə raketi, “Smerç”, “TOS-1A Solntsepek” sistemləri, “İqla-S” zenit-raket kompleksləri, tank əleyhinə idarəolunan “Konkurs” və “Kornet” raketləri, “RPQ-26” qumbaraatanları və digər iriçaplı odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğulardan gedir.
Qafqazinfo
Bölməyə aid digər xəbərlər