23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ombudsman Ermənistanın Gəncəni atəşə tutulması ilə bağlı məlumat yaydı

Ombudsman Ermənistanın Gəncəni atəşə tutulması ilə bağlı məlumat yaydıBu gün Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik Gəncə Ermənistan ərazisindən atəşə tutulub. Nəticədə dinc əhali arasında ölən və xəsarət alanlar var, çoxlu sayda mülki obyektlərə ziyan dəyib.

GununNebzi.az xəbər verir ki, Bu barədə Ombudsman Aparatından məlumat yayılıb.

“Münaqişə zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artileriyadan atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevra konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır.

Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir”, - deyə məlumatda qeyd edilib.


Tarix: 4-10-2020, 16:00 Oxunub: 112


Bölməyə aid digər xəbərlər