23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Müdafiə Nazirliyindən sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə MÜRACİƏT

Müdafiə Nazirliyindən sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə MÜRACİƏTAzərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

GununNebzi.az xəbər verir ki, açıqlamada deyilir:

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.

Bildiririk ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq.


Tarix: 19-10-2020, 12:40 Oxunub: 170


Bölməyə aid digər xəbərlər