23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Məcburi köçkünlərə verilən evlər geri alınacaqmı? - Açıqlama

Məcburi köçkünlərə verilən evlər geri alınacaqmı? - Açıqlamaİşğal altında qalan ərazilərimizin düşməndən azad edilməsi prosesi başa çatmaq üzrədir. Proses tam başa çatdıqdan və Dağlıq Qarabağda yaşayış təmin edildikdən sonra 30 ilə yaxın müddətdə öz dədə-baba yurdundan məcburi şəkildə köçkün düşmüş şəxslər həmin yerlərə qayıdacaqlar. Bu dövr ərzində məcburi köçkünlərin böyük əksəriyyəti isə Azərbaycan dövləti tərəfindən mənzillərlə təmin olunub. Həmin evlərin geri alınıb-alınmayacağı hazırkı situasiyada hər kəsi düşündürür.

gununnebzi.az xəbər verir ki, mövzu ilə bağlı danışan Vəkillər Kollegiyasının üzvü Zaman Səmədov qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərə verilən həmin mənzillər müvəqqəti istifadə üçün nəzərdə tutulmuşdu:

“O evlərin heç biri alqı-satqı, hər hansı bir özgəninkiləşdirmənin obyekti kimi çıxış edə bilməzdi. Cənab Prezident və xanımı hərbçilərlə görüşəndə dəfələrlə bildirdilər ki, hərbi qulluqçulara, yaralılara və şəhid ailələrinə mənzillər veriləcək. Düşünürəm ki, əsasən bu evlər nəzərdə tutulur. Onu da nəzərə almaq lazımdır ki, müəyyən vaxtdan sonra Azərbaycan Ordusunda xidmət edən, haqqı olan şəxslərə də ev verilməlidir. Bu prosesin hansı mexanizmlə tənzimlənəcəyi isə hələlik dəqiq deyil”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, bu məsələ ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, “Qaçqınkom” məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsinin könüllülük əsasında aparılacağını bildirib.


Tarix: 14-11-2020, 17:35 Oxunub: 281


Bölməyə aid digər xəbərlər