Kosmetoloq Stanislav Arkannikov insanın dərinin qocalmasının qarşısını almaq üçün hansı vitaminlərə ehtiyacı olduğuna aydınlıq gətirib.
gununnebzi.az xəbər verir ki, o, dərinin üç vitaminə - A, E və C-yə ehtiyac duyan qeyri-adi xarici örtük qatı olduğunu bildirib.
A vitamini və ya retinol hüceyrələrin regenerasiyasından məsuldur. Onun sayəsində kollagen və elastin ifrazı aktivləşir, həmçinin yeni təbəqələrin inkişafı stimullaşır və piqmentasiya yavaşıyır. Həkimin sözlərinə görə, bu vitaminin çatışmazlığı üzdə “hiss olunur”: “Bu baxımdan qırışmış dəri, xoşagəlməz piqment ləkələr, quruluq, torpaq çalarları, müxtəlif səpkilər və ümumiyyətlə dərinin vaxtından əvvəl, yaşa uyğun olmayan solğunluğu faktları müşahidə olunur. Bu vitamin dərinin lipid mantiyasına nüfuz edir və dərinin xarici təbəqələrinin bərpasını sürətləndirir”.
E vitamini zədələnmiş dərini bərpa edə, o cümlədən qırışları aradan qaldıra, həmçinin piy vəzilərinin işini normallaşdıraraq dərinin su-yağ balansını tənzimləyə bilər. O həmçinin dərinin ultrabənövşəyi şüalanmadan qoruma mexanizmlərini də dolayısı ilə aktivləşdirir.
C vitamini zərərli elementləri - sərbəst radikalları zərərsizləşdirməyə qadirdir. “C vitamini onları “bağlaya” bilir və bu, bu gün qocalma ilə mübarizə üçün ən etibarlı yoldur. Ancaq problem ondadır ki, o, qoruyucu piy qatına nüfuz edə bilmir. Bu səbəbdən də dərinin onu xaricdən alması yalnız inyeksiya ilə mümkündür”, - kosmetoloq bildirib.
Bölməyə aid digər xəbərlər