16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
Bu ölkədə yeni doğulan körpələrə görə xüsusi hədiyyə veriləcək

Bu ölkədə yeni doğulan körpələrə görə xüsusi hədiyyə veriləcəkDoğuş qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edən, yeni doğulmuş körpələrin valideynlərinə xüsusi hədiyyə çeki veriləcək.

GununNebzi.az xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, sözügedən hədiyyə 15 dekabrdan etibarən veriləcək:

Nazirlik qeyd edib ki, 2016-cı ildə başlayan" Xoş gəldiniz "sosial layihəsi daha da geniş miqyas alacaq. 15 dekabrdan etibarən övladının doğumunun qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edən yeni doğulmuş körpələrin valideynlərinə 25 lari hədiyyə çeki veriləcək, bundan başqa valideyinlər uşaq qidaları və qulluq məhsullarını 10-20-40% endirimlə almaq üçün, endirim kartları da əldə edəcəklər.

Sosial cəhətdən həssas ailələr isə, 25 lari hədiyyə çeki ilə birgə uşaq bezlərini, qida məhsullarını və qulluq markalarını bir il müddətinə 30-40% endirimlə almaları təmin olunacaq.

Qeyd edək ki, layihədən faydalananlar Gürcüstanın bütün bölgələrində fəaliyyət göstərən "Pharmadepo" , "JPS" filiallarında "Gefa" və və ASC-nin apteklərindən istifadə edə biləcəklər./"Publika.az"


Tarix: 1-12-2020, 22:25 Oxunub: 197


Bölməyə aid digər xəbərlər