Azərbaycan torpaqlarının işğalı hesabına qondarılmış separatçı-terrorçu erməni rejiminin Şuşada and içmiş yeni lideri Araik Arutyunyan rusiyalı iş adamı Aşot Orduxanyandan “Toyota LC 200” markalı avtomobil hədiyyə alıb.
Bu haqda erməni nəşrlərində və sosial şəbəkədə məlumat yayılıb.
A.Arutyunyan avtomobili “dövlət” balansına verdiyini və həmim «cip”dən paytaxtdan kənarda ezamiyyətlərdə istifadə edəcəyini, əvvəl fotoları Paşinyan tərəfindən paylaşılmış elektromobildən isə əsas nəqliyyat vasitəsi kimi yararlanacağını bildirib.
Separatçı erməni(!) rəhbər bundan sonra da hər hansı bir bahalı hədiyyəni qəbul etməkdən çəkinəcəyini vurğulayıb. O bildirib ki, kimin belə bir arzusu varsa, bu vəsaitlə bir xeyriyyə proqramı həyata keçirməsini daha yaxşı hesab edir, əks halda bu cür hədiyyələri də dövlət balansına keçirəcək.
Bölməyə aid digər xəbərlər