23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Zaxarovanın bəyanatındakı ziddiyyət Lavrovun etnik motivasiyalı siyasətinin nəticəsidir...”

"Zaxarovanın bəyanatındakı ziddiyyət  Lavrovun etnik motivasiyalı siyasətinin nəticəsidir...”

gununnebzi.az “Erməni mənşəli nazir öz millətinin mənafeyinə uyğun bu və ya digər gedişlər təşkil edir...”


Xəbər verildiyi kimi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftəki brifinqində separatçı rejimin Azərbaycanın işğal altındakı torpaqlarında keçirdiyi qanunsuz "seçkilərə" ziddiyyətli münasibət bildirib. Bir yandan “Rusiya Federasiyası, bildiyiniz kimi, Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə təyin edilməlidir” -söyləyən M.Zaxarovanın digər yandan “Hesab edirik ki, Qarabağda seçkilər əhalinin normal həyat fəaliyyəti üçün vacibdir” fikrini vurğulaması rəsmi Moskvanın dolayısıyla Azərbaycan Respublikasının hüquqi-tarixi torpaqlarının işğalı sayəsində qondarılmış separatçı-terrorçu rejimin təşkil etdiyi qanunsuz “seçki” prosesini tanıması, buna dəstək verməsi anlamına gəlir. Və bu məqam beynəlxalq hüquq baxımından nonsensdir: Hər hansı bir ölkə rəhbərliyi dövlət kimi tanımadığı bir qurumun BMT-nin, dünya birliyinin ərazi bütövlüyünü tanıdığı digər dövlətin de-yure ərazisində təşkil etdiyi saxta bir prosesi necə qəbul edir və dəstəkləyir?..

Moderator.az əməkdaşının mövzu ilə bağlı suallarını Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov konkret cavablandırıb.

“Bilirsiniz, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatlarını şərh etmək çox çətindir. İlk növbədə ona görə ki, bu ölkənin baş diplomatı Sergey Lavrov Qarabağ məsələsi ilə bağlı birmənalı olaraq etnik motivasiyalı siyasət formalaşdırır. Müxtəlif situasiyalarda verilmiş bəyanatlarda, atılmış addımlarda elə məqamlar görmək mümkündür ki, onların Rusiyanın bir dövlət olaraq xarici siyasəti ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq erməni mənşəli nazir öz millətinin mənafeyinə uyğun bu və ya digər bəyanatlar, gedişlər təşkil edir. Ancaq hesab edirəm ki, belə bəyanatların heç bir mənası yoxdur. Çünki, öncə dediyim kimi, Qarabağ məsələsi ilə bağlı bu cür siyasət Rusiyanın özünün də xeyrinə deyil...”- deyə sabiq baş diplomatımız vurğulayıb.


Tarix: 13-04-2020, 17:00 Oxunub: 133


Bölməyə aid digər xəbərlər
8-05-2019, 09:22 Şuşasız 27 il...