Rusiya Prezidenti Vladimir Putin niyə hələ də COVID-19 peyvəndi vurdurmamasının səbəbini açıqlayıb.
GununNebzi.az xəbər verir ki, ənənəvi illik mətbuat konfransında sualları cavablandıran prezident bildirib ki, kütləvi vaksinasiyanın ilkin mərhələsi müəyyən yaş kateqoriyasını əhatə edir.
O, ən qısa müddətdə koronavirus infeksiyasına qarşı Rusiya istehsalı peyvəndi vurduracağına söz verib.
“Mütəxəssislər bizə bildirirlər ki, bu gün mülki dövriyyəyə girən peyvəndlər müəyyən yaş kateqoriyasında olan vətəndaşlar üçün təmin edilir. Və mənim kimi insanlar üçün peyvəndlər hələ çatmayıb. Bir daha təkrar edirəm, bu mənada kifayət qədər qanuna tabe bir insanam, mütəxəssislərimizin tövsiyələrini dinləyirəm və bu səbəbdən hələ bu peyvəndi vurdurmamışam ”.
Bölməyə aid digər xəbərlər