23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İngiltərə Azərbaycan Ordusundan dərs götürdü: Qarabağ döyüşlərindən sonra...

İngiltərə Azərbaycan Ordusundan dərs götürdü: Qarabağ döyüşlərindən sonra...Azərbaycan Ordusunun Dağlıq Qarabağda Ermənistan hərbi birləşmələrinə qarşı əldə etdiyi misilsiz qalibiyyətdən sonra Britaniya hərəkətə keçib.

GununNebzi.az xəbər verir ki, Birləşmiş Krallıq yeni silahlı pilotsuz uçuş aparatları proqramına start verəcək.

“Guardian”ın xəbərinə görə, müdafiə sənayesi rəsmiləri Azərbaycan Ordusunun qələbəsində Türkiyə istehsalı PUA-ların önəmli yer tutduğuna inanır.

Müdafiə Nazirliyi mənbələri bildirir ki, silahlı PUA-ların geniş yayılmasının riskləri haqqında xəbərdarlıqlara rəğmən, Britaniya 2021-ci ilin əvvəllərində açıqlanacaq 5 illik müdafiə büdcəsinin bir parçası olaraq özünün daha ucuz PUA-larına sahib olmaq istəyir.

Xəbərdə “Baykar Bayraktar TB2”nin 150 kilometrə qədər mənzilə sahib olduğu, havada 24 saat qala bildiyi vurğulanıb. Əlavə olaraq, bu PUA-ların digər ölkələrinkinə nisbətən ucuz olması döyüş zamanı onlardan bir neçəsinin itirilməsinin riskə gedilə biləcəyi qeyd edilib.

Krallıq Silahlı Qüvvələri İnstitutunun professoru Maykl Klark bildirib ki, Azərbaycanın PUA-lardan istifadəsi zəfərdə həlledici olub.

Qeyd edək ki, İngiltərənin Müdafiə naziri Ben Ualles 11 dekabrda verdiyi açıqlamada Türkiyənin yeni nəsil PUA-larını nümunə göstərmişdi./"Publika.az"


Tarix: 30-12-2020, 10:04 Oxunub: 262


Bölməyə aid digər xəbərlər