23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Erməni ordusunun üstünə kabus kimi çökdü – Düşmənin “qorxunc röyası”

Erməni ordusunun üstünə kabus kimi çökdü – Düşmənin “qorxunc röyası”“Dağlıq Qarabağdakı qarşıdurmalarda Ermənistan ordusuna 1.5 milyard dollardan çox maddi zərər vuran türk Pilotsuz Uçan Aparatları (PUA) tarix yazmağa davam edir. 28 ildir Ermənistan ordusu tərəfindən inşa edilmiş istehkamların dağıdılmasında və əməliyyatlarda dərinliyin artırılmasında mühüm rol oynayan PUA-lar Rusiya istehsalı olan 40-dan çox hava hücumundan müdafiə sistemini və texnikasını sıradan çıxarmağı bacarıb”.

GununNebzi.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzetində dərc olunan məqalədə bildirilib.

Türk hərbi ekspert Turan Oğuz “Yeni Şafak”a açıqlamasında PUA-ların bu uğurunun arxasında çox yaxşı taktiki planlaşdırmanın olduğunu söyləyib. Ermənistanın hava hücumundan müdafiə sistemlərinin köhnə və zəif cəhətlərinin olduğunu vurğulayan Oğuz söyləyib:

“Bayraktar”-“MAM-L” tandemini vurmaq mümkün deyil, Rusiya hava hücumundan müdafiə sistemlərinin bunları vurmaq üçün imkanları məhduddur. Vurulan 13 ədəd 9K33 “OSA” hava hücumundan müdafiə sistemi hava texnikalarını 5.-6.4 kilometrlikdən təsbit edə bilir, uçuş sürəti saatda 360 km-dir. “Bayraktar TB-2” 130 km/saatdan daha yavaş uça bilər, 5.5 km yüksəklikdəki hədəfləri vura bilir. “MAM-L”-in məsafəsi 8-14 km arasındadır.

Bəs “Bayraktar TB-2”-lər “S-300”-lərin olduğu sahədə necə hərəkət edir? “S-300”lər 180 km/s-dən aşağı sürətlərdə həyata keçirilən uçuşları daxili nasazlıqlar kimi qəbul edir və izləyə bilmirlər. Bunların hamısı təfərrüatlı şəkildə öyrənilib və Rusiyanın bütün hava hücumundan müdafiə sistemləri uğurla vurulub. Elektron müharibəyə də ehtiyac yoxdur”.

Azərbaycan Ordusunun bu müvəffəqiyyətinin arxa planda olan kəşfiyyat məlumatları, havadan kəşfiyyat-müşahidə və peşəkar heyət işinin olduğunu qeyd edən Oğuz bildirib:

“Azərbaycan ordusu PUA-ların imkanları və əməliyyat planlaşdırılması üzərində çox yaxşı işləyib. Peşəkar heyət və kəşfiyyat var. Mümkün təhdidlərə qarşı alınacaq bütün tədbirlər ətraflı şəkildə düşünülüb”.

(Teleqraf.com)


Tarix: 23-10-2020, 13:17 Oxunub: 313


Bölməyə aid digər xəbərlər