Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə ölüm hökmünün ləğv edilməsinə yönəlmiş BMT-nin Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktının ikinci fakultativ protokolunun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
gununnebzi.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan protokolu 2020-ci ilin sentyabrında imzalayıb. Bu, beynəlxalq sənədə görə, onu imzalayan ölkələr ölüm hökmünü tətbiq etməmək və öz yuridiksiyası daxilində onun ləğvi üçün bütün lazımi tədbirləri görmək kimi öhdəliklər götürür.
Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi daha əvvəl bildirib ki, sənəddə yalnız bir istisnaya - müharibə dövründə edam cəzasının tətbiqinə icazə verilir. Onun sözlərinə görə, Qazaxıstan bu bənddən istifadə etmək niyyətindədir.
Hazırda respublikada edam cəzasına moratorium qoyulub. 17 dekabr 2003-cü ildə Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev ölüm hökmünün ləğvi barədə qərar çıxana qədər cəzaların icrasına müddətsiz moratorium tətbiq olunduğunu elan edib. Fərman 1 yanvar 2004-cü ildə qüvvəyə minib.
Bölməyə aid digər xəbərlər