Dünyanın 500 ən varlı insanın sərvətinin 2020-ci ildə təxminən 1,8 trilyon dollar artaraq ümumilikdə 7,6 trilyon dollara çatdığı bildirilir.
GununNebzi.az xəbər verir ki, "Bloomberg Billionaires Index"ə görə, dünyanın ən varlı insanları 2020-ci ildə yeni tip koronavirusunun (Covid-19) kölgəsində olan sərvətlərinə sərvət qatıb.
2021-ci ilin ilk günündə yenilənən siyahıya görə, Covid-19 epidemiyasına baxmayaraq, 2020-ci ildə milyarderlər siyahısına daxil olanların sərvətindəki ümumi artım yüzdə 31-ə çatıb. Bu artımın 8 il ərzində nəşr olunan indeks tarixində ən yüksək olduğu qeyd edilib.
İlk 5 adın 100 milyard dollardan çox olduğu siyahıda "Amazon"un qurucusu Ceff Bezos 190, "Tesla" və "SpaceX"in baş meneceri İlon Maskın 170, "Microsoft"un qurucusu Bill Qeyts 132, Fransız iş adamı Bernard Arnault 114 və "Facebook"un qurucusu Mark Zukerberq 104 milyard dollar sərvətə sahib olduğu görünür.
Siyahıda ilk 10 addan 8-nin texnologiya şirkətlərinə məxsus olması diqqət çəksə də ilk sırada yer alan Bezos və Maskın son 12 ayda sərvətlərinə ümumilikdə 217 milyard dollar əlavə etdiyi görülüb.
Bölməyə aid digər xəbərlər